Əsas Səhifə > Şou-biznes > “AVROVİZİYA” QALİBİ BAKIDA PİYADA GƏZİR

“AVROVİZİYA” QALİBİ BAKIDA PİYADA GƏZİR


21-09-2012, 10:19
“AVROVİZİYA” QALİBİ BAKIDA PİYADA GƏZİR

"MƏN ELƏ ÜRƏKLİ DEYİLƏM"

"Eurovision 2011" qalibi Eldar Qasımov öz həmkərlarından fərqli olaraq hələ də maşın almayıb.
Day.Az saytı xəbər verir ki, bu barədə müğənni AzTV-də yayımlanan "MAG" verilişində bildirib.

"Hələ elə ürəkli deyiləm ki, özüm maşın sürüm. Hələ buna hazır deyiləm. Bizim küçələrdə böyük tıxaclar olur, peşəkar olmaq lazımdır, yoxsa səni əzərlər. Məni əsəbləşdirən odur ki, başqa ölkələrdən fərqli olaraq, bizdə yol hərəkəti qaydalarına az riayət edirlər. İndi avtomobil idarə etməyi öyrənirəm, sonrasını zaman göstərəcək", - o əlavə edib.

E.Qasımov deyib ki, ona maşın lazım olanda ya qardaşından xahiş edir, ya da taksinin xidmətlərindən istifadə edir.

Geri qayıt