Əsas Səhifə > Dünya > TÜRKİYƏDƏ AĞLASIĞMAZ QƏZA

TÜRKİYƏDƏ AĞLASIĞMAZ QƏZA


1-11-2011, 13:21
TÜRKİYƏDƏ AĞLASIĞMAZ QƏZA

GÜRCÜSTANLA QIRĞIZISTANIN TƏYYARƏLƏRİ TOQQUŞDU

Türkiyənin Ərzurum aeroportunda bu ölkəyə humanitar yardım daşıyan Gürcüstan və Qırğızıstan təyyarələri toqquşub. Trend-in məlumatına görə, bu barədə "Gürcüstan Online" Türkiyə KİV-inə istinadən xəbər verir. Məlumatı İTAR-TASS agentliyi də təsdiqləyir.

Qırğızıstana məxsus təyyarənin hava limanına eniş etdiyi anda Gürcüstan təyyarəsi uçuş zolağında olub. Hadisə zamanı ekipaj üzvləri Gürcüstan təyyarəsinin göyərtəsində olmayıb, lakin hava gəmisi ciddi zədələnib.

İlkin məlumatlara görə, qəzaya səbəb qırğız pilotun səhvi olub. Təyyarələrin hansı aviaşirkətlərə məxsus olduğu dəqiqləşdirilməyib.

Ərzurumdakı hadisənin araşdırılması üçün ora xüsusi komissiya göndərilib.

Gürcüstan və Qırğızıstandan olan təyyarələr Türkiyəyə humanitar yardım daşıyırmışlar. Həmin yardım ölkənin şərqində baş vermiş dağıdıcı zəlzələdən zərərçəkənlər üçün nəzərdə tutulub. Təbii fəlakət nəticəsində 600-dən artıq insan həlak olub, 200-ə yaxın adam isə dağıntılar altından sağ çıxarılıb.

Geri qayıt