Əsas Səhifə > Güney Press, Araşdırma > TƏHSİL NAZİRLİYİNDƏN HİCAB QADAĞASI

TƏHSİL NAZİRLİYİNDƏN HİCAB QADAĞASI


21-09-2012, 09:41
TƏHSİL NAZİRLİYİNDƏN HİCAB QADAĞASI

“HİCABLA DƏRSƏ GƏLMƏYƏ İCAZƏ YOXDUR”

Yaxın bir neçə ilə qədər ölkəmizdə şagirdlər sərbəst olaraq, hətta hicabla məktəbə gəlib dərslərdə iştirak edə bilirdilər. İki ildən artıqdır ki, hicabla gələn şagirdlər dərsə buraxılmır. Buna da səbəb məktəblərdə vahid məktəbli formasının tətbiq olunmasıdır. Təhsil Nazirliyinin verdiyi qərara əsasən, hər bir şagird vahid məktəbli formasında məktəbə gəlməlidir.
Maraqlıdı, yeni tədris ilində də hicab qadağası varmı?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Modern.az-a bildirib ki, şagirdlərin hər biri məktəbli formasında dərsə gəlir:
“Verilən qərar qüvvədədir, hər bir şagird vahid məktəbli formasında dərsə gəlir. Şagirdlərin hicabla dərsə gəlməsinə icazə yoxdur. Məktəblərin hər birində də şagirdlərin məktəbli formasında dərsə gəlməsi davam etdirilir”.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov da məsələyə münasibət bildirərkən qeyd edib ki, ötən il olduğu kimi, yeni tədris ilində də şagirdlər vahid məktəbli formasında dərsə gəlirlər: “Təhsil Nazirliyinin bununla bağlı nizamnaməsi var. Həmin nizamnaməyə uyğun olaraq, hər bir şagird vahid məktəbli formasında dərsə gəlməlidir. Başqa geyimdə, formada dərsə gəlmək qadağandır”, - deyə A. Əhmədov bildirib.

Geri qayıt