Əsas Səhifə > Siyasət, Manşet > QUBANIN İCRA BAŞÇISI HƏR KƏSƏ MEYDAN OXUYUR

QUBANIN İCRA BAŞÇISI HƏR KƏSƏ MEYDAN OXUYUR


21-09-2012, 09:33
QUBANIN İCRA BAŞÇISI HƏR KƏSƏ MEYDAN OXUYUR

MİNGƏÇEVİRİ XARABA QOYAN MÜBARİZ AĞAYEV İNDİ DƏ QUBANIN EVİNİ YIXIR

DİA.AZ: - Ölkənin dördüncü ən böyük şəhəri hesab olunan Mingəçevirə rəhbərlik etdiyi dönəmdə Sovetlər Birliyi zamanı «Azərbaycanın ən təmiz və ən yaşıl şəhəri» statusunu qazanmış Mingəçeviri «qaraçıxanaya» döndərən (ifadə nüfuzlu məmurlardan birinə məxsusdur -red.) döndərən Mübariz Ağayev 1 mart hadisələrindən soqnra Qubaya göndərildiyi zaman ona böyük etimadın göstərildiyi elə ilk andanca bəlli idi. Hər halda, Quba artıq məlum hadisələrlə risqli bölgə hesab olunurdu və hətta 1 mart tarixində baş verənlər kənar müdaxilələrin təzahürü olduğu təqdirdə belə, bu rayon hakimiyyət üçün başağrısı hesab olunmaqda idi.

Amma deyəsən, iqtidar Mübariz Ağayev seçimində ciddidən yanılıb. Çünki onun Qubada göstərdiyi fəaliyyət artıq yerli sakinləri çilədən çıxarmaq üzərədir. Qeyd edək ki, Mingəçevir şəhərinə rəhbərlik etdiyi dönəmdə Mübariz Ağayevin gördüyü «quruculuq» işlərinin ağrısını Mingəçevirin yeni başçısı çəkməkdədir. Çünki sistemsiz şəkildə həyata keçirilən «quruculuq» işlərində ilk növbədə diqqətə gələni Mübariz Ağayevin zövqsüzlüyüdür. Mingəçevirin yeni başçısı da bu zövqsüz inşaat işlərini demək olar ki, aradan qaldırmağa müvəffəq olub.

Dərd isə qubalılarındır. İcra başçısı sarıdan bəxtləri gətirməyən qubalılar indi də Mübariz Ağayevin «ideyaları» üçün bir sınaq meydançasının sakinlərinə çevriliblər. Bu barədə rayondakı qaynaqların DİA.AZ-a verdiyi məlumatlardan aydın olur ki, «kruq» və fəvvarə dəlisi olan Mübariz Ağayev Qubanın uyğunsuz yerlərində fontanların quraşdırılması üçün göstəriş verib: «Təbii ki, həmin fəvvarələrin inşası yerli sahibkarların hesabına həyata keçirilir. Amma şəhərin mərkəzi yerlərinin birində düz yolun ortasında, maşınların hərəkətini məhdudlaşdıran anlamsız bir dairə yaradılıb və həmin dairənin ortasında da fəvvarənin quraşdırılması işi həyata keçirilir».

Sosial problemlərə gəlincə isə, mənbəmiz bildirdi ki, Mübariz Ağayev rayona başçı gələndən sonra cəmi iki dəfə şikayətçilər üçün qəbul keçirib və o da təzə gələndə: «İndi özünü kifayət qədər arxayın hiss edən icra başçısı hər kəsə meydan oxuyur. Hətta narazı qalanlara açıq şəkildə deyir ki, qubalılar onunla Rauf Həbibovun fərqini bilməlidirlər».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt