Əsas Səhifə > Ölkə > HAKİMİYYƏTDƏN EYNULLA FƏTULLAYEVƏ JEST
HAKİMİYYƏTDƏN EYNULLA FƏTULLAYEVƏ JEST1-11-2011, 13:12 |
KEÇMİŞ SİYASİ MƏHBUSUN TƏŞKİLATI QEYDƏ ALINDI Ədliyyə Nazirliyi “İnsan Haqları Uğrunda” İctimai Birliyi rəsmən qeydə alıb. Birliyin sədri Eynulla Fətullayev “Media forum” saytına bildirib ki, Ədliyyə Nazirliyinə sənədlər iyunun sonunda təqdim olunmuşdu. Bir neçə aylıq araşdırmadan sonra noyabrın 1-də nazirlikdən “İnsan Haqları Uğrunda” İctimai Birliyin rəsmən qeydə alınması barədə məlumat verilib. Eynulla Fətullayev əlavə edib ki, “İnsan Haqları Uğrunda” İctimai Birlik Ədliyyə Nazirliyinin addımını yüksək qiymətləndirir və insan haqlarının müdafiəsində müvafiq dövlət qurumları ilə konstruktiv əməkdaşlığa ümid edir: “Təşkilat alternativ preventiv mexanizmin formalaşmasında iştirak edən ictimai qüvvə olaraq həbsxanalarda ciddi monitorinqin həyata keçirilməsi işində Avropa penitensiar qaydalarının tətbiqinə cidd-cəhdlə çalışacaq. Artıq bu aydan “İnsan Haqları Uğrunda” İctimai Birlik alternativ preventiv mexanizm çərçivəsində həbsxanalarda, istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində monitorinqlərə başlamaq niyyətindədir”. Geri qayıt |