Əsas Səhifə > Cəmiyyət, Manşet > FARS-MOLLA REJİMİ AZƏRBAYCANLILARI CİHADA ÇAĞIRDI
FARS-MOLLA REJİMİ AZƏRBAYCANLILARI CİHADA ÇAĞIRDI20-09-2012, 12:21 |
İRANDAN ABŞ-A QARŞI FƏTVA DİA.AZ: - Fars-molla rejimi Azərbaycan türklərini ABŞ-a qarşı cihada çağırdı. Bununla bağlı DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, artıq Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində «Doktor Ərdəbili» imzası ilə cihad çağırışları, ABŞ-a qarşı müharibə çağırışları yayılıb. Həmin müraciətin tam mətnini olduğu kimi diqqətinizə çatdırırıq: «Rəhman və Rəhim Allahın adı ilə "Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz." (Bəqərə, 216) “(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”, - deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Rəsuluna əzab verənləri isə şiddətli bir əzab gözləyir!” (Tövbə, 61) “(Ya Rəsulum! Bu Məkkə müşriklərini sənə düşmən etdiyimiz kimi) eləcə də (səndən əvvəl) hər peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər!” (Furqan, 31) İslam Peyğəmbəri (s) buyurur: “Məni təhqir edən Allahı təhqir edib. Allahı təhqir edəni Allah-Taala üzü üstə oda atar.” Bütün müsəlman firqələrinin yekdil rəyi budur ki, Peyğəmbəri (s) təhqir etmək kəbirə – böyük günahlardandır. Müsəlman fəqihlərinin fətvalarında belə bir şəxs kafir sayılır və onun cəzası qətldir. Belə bir adamdan üzr və tövbə qəbul olunmur. Belə biri əfv edilmir. (“Dairətul-məarifi-təşəyyö”, c.9) Hamı yaxşı bilir ki, Allah mehribandır və ilahi dinlər mehribanlığa çağırır. Allahın peyğəmbərləri də böyük səmimiyyət və mehribanlıq nümunəsidir. Peyğəmbərlərin sonuncusu həzrət Məhəmməd (s) mərhəmət, güzəşt, sevgi, paklıq təcəssümüdür. İlahi dinlər varlıq aləminin yaradıcısı tərəfindən göndərildiyi üçün çoxlu ardıcılları var və bu dinlər etiqadi dəyərlər nümunəsidir. Səmavi dinləri və peyğəmbərləri təhqir etməyə kimsənin haqqı yoxdur. Təəssüflər olsun ki, azğın Qərb, onların şeytansifət başçıları təhqirlər yolu ilə dini dəyərləri, müqəddəslikləri aradan qaldıra biləcəklərini düşünürlər. Buna görə də neçə illərdir İslam dəyərlərinin təhqirini özləri üçün prioritet vəzifə sayırlar. Onların ilk çirkin addımlarından biri mürtəd Salman Rüşdinin “Şeytan ayələri” kitabı, son azğın layihələri “Müsəlmanların məsumluğu” filmi olub. Kitabda və filmdə hədəfə alınan İslam Peyğəmbəridir (s). Bəs bu hadisələrə münasibətdə müsəlmanların vəzifəsi nədir? Bu vəzifəni bir sualla aydınlaşdırmaq olar: Bir müsəlman üçün İslamdan, Qurandan, İslam Peyğəmbərindən müqəddəs, mühüm və dəyərli bir şey varmı? Cavab aydındır: Yox! Müsəlman şəxs öz peyğəmbərini hər şeydən uca və dəyərli bilir. Onu hətta öz həyatından, ailə-övladından mühüm sayır. Beləcə zəruri olur ki, bütün həmvətənlərin həmrəyliyi ilə fərdi və qrup şəklində müxtəlif ölkələrdə bu şeytanların nümayəndəlikləri və qərargahlarına qəzəb tuşlansın, dini və məhəmmədi qeyrət ortaya qoyulsun. Xüsusilə dini və islami məsələlərə həssaslıq var, dini müqəddəslikləri təhqir edən şəxs cəzalandırılır. Belə təsəvvür olunmamalıdır ki, bir ölkədə müxtəlif səbəblərdən mövzuya diqqət verilməyə bilər. Bu diqqətsizlik axirət əzabı ilə yanaşı başqa ölkə müsəlmanlarının nəzərində onların məqamını aşağı salar, islam öncüllərinin münasibətinə mənfi təsir göstərər. Qadın və kişi, qoca və cavan, hətta qeyri-müsəlmanlar yekdilliklə səs-səsə verib bu təhqirlərə ciddi və əməli reaksiya verməlidirlər. Dünyanın müxtəlif ölkələrində müqəddəsliklərin müdafiəsi yolunda etiraz səsini qaldıran, rəhmət peyğəmbəri həzrət Məhəmmədin (s) yolunda hətta canını fəda edən müsəlmanlara Allahın salam-salavatı olsun. Doktor Ərdəbili» Geri qayıt |