Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEV NƏ HAQLA DANIŞIR?

ELŞAD ABDULLAYEV NƏ HAQLA DANIŞIR?


20-09-2012, 11:52
ELŞAD ABDULLAYEV NƏ HAQLA DANIŞIR?

ABU REKTORUNA QARŞI ŞOK İTTİHAMLAR

DİA.AZ: - Lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin hazırda Fransaya sığınmış sabiq rektoru Elşad Abdullayevin mətbuatda yayılan bəyanatı geniş rezonans doğurub. Bildirək ki, əslində köhnə faktları yenidən gündəmə gətirən Elşad Abdullayev deputat Gülər Əhmədovanı ondan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə çatacaq - adı altında 2 milyon dollar pulunu almaqda, sonradan isə həmin pulu qaytarmamaqda ittiham edib. Keçmiş rektor iddia edib ki, Gülər Əhmədovaya ona deputat olacağı haqda verdiyi vədin müqabilində həmin pulu verib.

Təbii ki, Elşad Abdullayevin bu şəkildə açıqlamalar verməsi gözləniləndir və bundan sonra da bu tipli açıqlamalar olacaq. Belə yerdə deyirlər, bəs nədən əvvəllər bu barədə susurdun? Hər halda, bu hakimiyyət Elşad Abdullayevdən imtina etməsəydi, keçmiş rektor da iqtidarın paxırlarını açmaq barədə ümumiyyətlə, düşünməzdi. Və yaxud da indi Ramiz Mehdiyev həmin pula ona mandat versəydi, yəqin ki, Elşad Abdullayev orda-burda «məni xalq seçib» deyərək hayqıracaqdı.

Yox, təbii ki, niyyətimiz Elşad Abdullayev kimilərinin hakimiyyətə qarşı getməsini əngəlləmək və yaxud da bunu təqdir edib-etməmək deyil. Söhbətimizin mövzusu tamam fərqlidir. Məsələ Elşad Abdullayevin şəxsindədir. Hər halda, bu gün əksəriyyət yaxşı bilir ki, Elşad Abdullayevin rəhbərlik etdiyi ABU-nun təhsilə heç bir aidiyyatı yox idi və hətta bu «universitet»də baş verən eybəcərliklər belə onun qollarının qandallanması üçün yetərli idi. Xatırladaq ki, bir müddət əvvəl bu barədə oxucularımızı məlumatlandırmışdıq.

Elə yenidən özünü gündəmə çevirən Elşad Abdullayevin bu hay-küylü bəyanatı əsas verdi ki, ABU-nun sabiq rektoru ilə bağlı əldə etdiyimiz faktları diqqətinizə çatdıraq. DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Elşad Abdullayev rektor olarkən özünün əxlaqsız hərəkətləri ilə daha çox diqqətə gəlib.

Mənbənin söylədikləri: «Elşad Abdullayevin «universiteti» az qala «priton» kimi fəaliyyət göstərirdi. Təbii ki, burada yetərincə əxlaqlı qızlarımız var idi. Amma Elşad Abdullayev və ABU-nun daha bir neçə səlahiyyətlisi əllərinə düşən fürsətdən, mövqelərindən istifadə edərək onlarla tələbə qızı könüllü-könülsüz zorlayıblar».

Bunlar nədir, mənbəmiz daha da dəhşətli faktları açıqlayır: «Elşad Abdullayev hətta birinci kursda oxuyan tələbə qızlardan ikisini özü ilə bərabər Türkiyəyə, Dubaya istirahətə aparıb. Dəfələrlə buk imi hallar təkrarlanıb. ABU-nun kafedra rəhbərlərindən bəziləri isə tələbə qızların namuslarına təcavüz etməkdə ad çıxarıblar və hətta zamanında onlarla bağlı hüquq-mühafizə orqanlarına şikayətlər də edilib. Amma təəssüflər olsun ki, bu kimi məsələlər ört-basdır edilib».

Məhz belə bir əxlaq sahibi olan Elşad Abdullayevin bu gün «əzabkeş» qismində təqdim olunmasına etiraz edən bilgili mənbə onu da əlavə etdi ki, ABU rektoru ilə daha dəhşətli faktlar var ki, onları da yaxın günlərdə redaksiyamıza təqdim edəcək. Bizi izləməkdə davam edin…

Geri qayıt