Əsas Səhifə > Şou-biznes > İKİ ƏMƏKDAR ARTİST ÜZ-ÜZƏ GƏLDİ

İKİ ƏMƏKDAR ARTİST ÜZ-ÜZƏ GƏLDİ


20-09-2012, 09:57
İKİ ƏMƏKDAR ARTİST ÜZ-ÜZƏ GƏLDİ

DEYİŞMƏNİN QALİBİ KIM OLDU?

Milli.Az xəbər verir ki, təşkil olunan məclislərin birində Azərbaycanın iki əməkdar artisti müğənni Baloğlan Əşrəfovla skripkaçı Səlim Abbasov qonaqlar üçün əsl musiqi ziyafəti təşkil etdilər.

Xalq mahnılarından birini ifa edən Baloğlan müəllim Səlimin yerində etdiyi müdaxiləsini görüb əvvəl təəccübləndi, daha sonra bunu deyişmə elan edib, ifasına ara vermədi.

Məclis iştirakçıları bir neçə dəqiqə davam edən bu yarışı xüsusi maraqla izlədilər. Qalibin kim olmasına gəlincə tamaşaçı alqışları göstərdi ki, hər iki sənətçi ayrı-ayrılıqda birinciliyə layiqdirlər.

Geri qayıt