Əsas Səhifə > Partiya > İSA QƏMBƏR SABAH QAYIDIR

İSA QƏMBƏR SABAH QAYIDIR


19-09-2012, 11:46
İSA QƏMBƏR SABAH QAYIDIR

BAŞQAN TÜRKİYƏDƏ MÜHÜM GÖRÜŞLƏR KEÇİRİB

Türkiyədə səfərdə olan Müsavat başqanı İsa Qəmbər Nauman Fondunun təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində bir sıra görüşlər keçirib. Bu barədə Modern.az-a Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. Partiya rəsmisinin sözlərinə görə, tədbir bu gün başa çatacaq.

“İsa Qəmbər Türkiyə səfəri zamanı Nauman Fondunun təşkil etdiyi beynəlxalq tədbir çərçivəsində bir sıra görüşlər keçirib. Təbii ki, səfər zamanı tədbirlə əlaqədar İsa Qəmbərin mühüm görüşləri nəzərdə tutulmuşdu. Qeyd edim ki, tədbir bu gün axşam başa çatır. İsa bəyin sabah Azərbaycana dönəcəyi gözlənilir. Tədbirdən əlavə nəzərdə tutulan görüşlər baş tutarsa, İsa Qəmbər cümə günü qayıdacaq”,-deyə G.Aslanlı məlumat verib.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbərin İstanbulda Nauman Fondunun təşkil etdiyi beynəlxalq tədbirdə Türkiyə, Almaniya, Ermənistan və Gürcüstandan olan ekspertlərin, ictimai-siyasi xadimlərin, media təmsilçilərinin iştirakı ilə görüşlər keçirəcəyi gözlənilirdi.

Geri qayıt