Əsas Səhifə > Partiya > NİGAR YAQUBLUNUN İŞİNDƏ İLGİNC DETAL

NİGAR YAQUBLUNUN İŞİNDƏ İLGİNC DETAL


19-09-2012, 11:19
NİGAR YAQUBLUNUN İŞİNDƏ İLGİNC DETAL

ONUN, QOHUMLARININ VƏ VƏKİLLƏRİN TELEFON DANIŞIQLARI İZLƏNİB

Müsavatçı fəal Nigar Yaqublunun həbsi ilə bağlı yeni, həm də ilginc sayıla biləcək təfərrüat məlum olub. Heç demə, adi talesiz qəzaya uğrayan və özü də xəsarət alan Nigar Yaqublunu həbs edilməzdən öncə ətrafında beynəlxalq terrorçuymuş kimi əməliyyat planı qurulub, onun özünün, qohumlarının, vəkillərinin telefonları gücə-gündüz dinlənilib.

Bu barədə təfərrüat Nigarın atası Tofiq Yaqublunun bu gün "Yeni Müsavat"a təqdim etdiyi köşə yazısında məlum olub. Qəzetimizin yazarı qeyd edir ki, hadisədən dərhal sonra onun, Nigarın, Osman Kazımlının və Nemət Kərimlinin telefon danışıqlarının izlənməsi haqda qərar verilib və bütün danışıqlar disklərə köçürülüb. T.Yaqublu sual verir: "Buna nə ehtiyac varmış? Belə şey harada görünüb? Həmin hadisə müstəntiq üçün hər gün baş verən onlarla adi yol-nəqliyyat hadisələrindən biri olmalı deyildimi?"

T.Yaqublu qeyd edib ki, diskə köçürülmüş danışıqlarda nə Nigarın əleyhinə, nə də istintaq üçün yararlı olacaq heç nə yoxdur, amma bu faktın özü adamı dəhşətə gətirir. Sonra da deyirlər ki, bu işdə heç bir qərəz yoxdur, hamı qanun qarşısında bərabərdir". \ musavat.com \

Geri qayıt