Əsas Səhifə > Şou-biznes > AYAQQABI BİZNESİNDƏN ŞOU-BİZNESƏ

AYAQQABI BİZNESİNDƏN ŞOU-BİZNESƏ


19-09-2012, 09:13
AYAQQABI BİZNESİNDƏN ŞOU-BİZNESƏ

MÜĞƏNNİMİZ KEÇMİŞİNDƏN HEÇ DƏ UTANMIR

Milli.Az-ın məlumatına görə, estrada müğənnisi Əbdül Xalid öz keçmişindən, daha dəqiqi, sənətə gəlmədiyi vaxtlarda hansı işlə məşğul olması barədə danışıb: “Nə gizlədə, nə də dana bilərəm. “N brothers” qrupuna solist gəlməyənə qədər kiçik biznesim var idi, ayaqqabı satırdım.

Deyim ki, çox da yaxşı qazancım var idi. Brend ayaqqabı modelləri satdığım üçün ulduzlarımızın əksəriyyəti mənim müştərilərim olublar. Vaxt keçdi, dövran döndü və mən sevdiyim müğənnilik sənətində uğur qazandım. İndi də pul qazanıram, amma keçmiş günlərimi əsla unutmuram”.

Qeyd edək ki, müğənni bu etirafını Regional TV-də, Azər Süleymanlının təqdimatında canlı yayımlanan “Azərkeş” verilişində edib.

Geri qayıt