Əsas Səhifə > Siyasət, Manşet > SABİRABADDA VALİDEYN-MÜƏLLİM ÜSYANI GÖZLƏNİLİR

SABİRABADDA VALİDEYN-MÜƏLLİM ÜSYANI GÖZLƏNİLİR


19-09-2012, 08:45
SABİRABADDA VALİDEYN-MÜƏLLİM ÜSYANI GÖZLƏNİLİR

İCRA BAŞÇISININ MÜAVİNİ MƏKTƏBLİ FORMASI BİZNESİ İLƏ MEYDAN SULAYIR

DİA.AZ: - Sabirabad məktəbləri çətin günlərini yaşayır. Hər halda bunu ali məktəblərə qəbul imtahanları zamanı Sabirabaddan olan abituryentlərin aşağı bal göstəricilərindən də görmək olardı.

İndi də bu azmış kimi, Sabirabadda orta məktəblərdə yeni pulyığma kampaniyasına start veriblər. DİA.AZ-a daxil olan məlumatlara görə, rayondakı orta məktəb direktorları İcra başçısının birinci müavini Həsən Həsənov tərəfindən məcbur edilir ki, onlar öz şagirdlərinə məktəbli formasını “Poçtamt”ın nəzdində olan mağazadan aldırsınlar.

Məlumata görə, formalara yüksək qiymət qoyulub, hər biri 50-60 manata. Halbuki tam məktəbli forması dəstinin ümumi qiyməti 46 manatdan baha ola bilməz. İcra başçısı müavininin alver ortağı isə icra hakimiyyətinin işçisi, ona yaxınlığı ilə seçilən Vahid Abdullayevin qardaşı Elçindir.

Mənbəmiz iddia edir ki, əslində çin malı olan bu formalar heç standarta da cavab vermir və bazarda real satış qiyməti 15-30 manat arasında dəyişir: “Valideynlər keyfiyyətsiz məktəbli formalarını baha almaq istəmədikdə uşaqları məktəbə buraxılmır. Valideyinlərin həyacanına həm direktorlar, həm də müəllimlər “Həsən gecə-gündüz bizə rahatlıq vermir” deyirlər, üstəlik əlavə edirlər ki, “neynəyək bizi şərləməsindən qorxuruq”. Valideyinlər deyirlər ki, Həsənov 10 il bundan qabaq bu gün çalışdığı icra hakimiyyətində aqrar sahədə törətdiyi qanunsuzluğa görə işdən qovulub. Ancaq nədənsə ona yenə də küllü ixtiyar verilib. Əgər hadisələr belə cəryan edərsə, yəqin ki, bu gün-sabah Sabirabadda valideyinlərin üsyanı da qaçılmaz olacaq”.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt