Əsas Səhifə > Dünya > NATO LİVİYANIN İŞĞALINI BAŞA ÇATDIRDI

NATO LİVİYANIN İŞĞALINI BAŞA ÇATDIRDI


1-11-2011, 10:28
NATO LİVİYANIN İŞĞALINI BAŞA ÇATDIRDI

DAHA BİR MÜSƏLMAN ÖLKƏSİ “SƏLİB YÜRÜŞÜ”NÜN QURBANI OLDU

Tripoliyə səfərə gəlmiş NATO baş katibi Anders Foq Rasmussen Liviyada başa çatmış əməliyyatı «Alyansın tarixində uğurlu səhifə» adlandırıb.

APA-nın məlumatına görə Şimali Atlantika alyansı Bakı vaxtı ilə 2.59-da «Birləşmiş müdafiəçi» əməliyyatını başa çatdırıb. BMT Təhlükəsizlik Şurası isə həmçinin Liviya üzərində uçuşa qadağan zona rejimini ləğv edib.

Səfər çərçivəsində Rasmussen Liviya Keçid Milli Şurasının sədri Mustafa Əbdülcəlillə danışıqlar aparıb.

«Siz öz taleyinizi dəyişmək üçün, biz isə sizi müdafiə etmək üçün fəaliyyət göstərdiks. Birlikdə uğur qazandıq - Liviya nəhayət azaddır», deyə Rasmussen Əbdülcəlillə birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Öz növbəsində KMŞ sədri Rasmussenə Qəddafi rejimi əleyhdarlarını dəstəklədiklərinə görə təşəkkür edib.

Liviyada silahlı üsyan təxminən 9 ay davam edib. Üsyanın gedişində minlərlə insan həlak olub. Ölkəni 42 il idarə etmiş Müəmmər Qəddafi oktyabrın 20-də Sirt şəhəri ətraflarında həlak olub.

2011-ci ilin martında əhalini Qəddafi qoşunlarının zərbələrindən müdafiə etmək məqsədilə BMT TŞ Liviyada uçuşun qadağan edildiyi zona rejimi tətbiq edib. Bu qərar NATO-ya bu ölkədə hərbi əməliyyata başlamaq imkanı verib.

NATO Şurası oktyabrın 21-də ayın sonunadək Liviyadakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib.


Geri qayıt