Əsas Səhifə > Şou-biznes > DƏHŞƏT! LOPEZİN KONSERTİNƏ PULLAR SƏPƏLƏNİR

DƏHŞƏT! LOPEZİN KONSERTİNƏ PULLAR SƏPƏLƏNİR


17-09-2012, 12:11
DƏHŞƏT! LOPEZİN KONSERTİNƏ PULLAR SƏPƏLƏNİR

65 YÜK MAŞINI VƏ 5 TƏYYARƏ SƏFƏRBƏR OLUNUB

Cennifer Lopezin Bakıda, “Crystal Hall”da keçiriləcək solo-konsertinə hazırlıq işləri davam edir. Konsertin təşkilatçısı “Omnikomo Music Group”un PR və marketinq şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də keçiriləcək konsert üçün 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıqlar gətirilib.

Hazırlıq işlərində 500-ə yaxın əməkdaş çalışır. Artıq zal üçün nəzərdə tutulan biletlərin hamısı satılıb qurtarıb. Hazırda yalnız tribunalar üçün azsaylı bilet qalıb.

Geri qayıt