Əsas Səhifə > Güney Press, Araşdırma > MİLLƏTİN PULLARI 8 AYA NECƏ TALAN EDİLİB?

MİLLƏTİN PULLARI 8 AYA NECƏ TALAN EDİLİB?


17-09-2012, 12:07
MİLLƏTİN PULLARI 8 AYA NECƏ TALAN EDİLİB?

ŞOK: TİKİNTİ SEKTORUNA 8,4 MİLYARD MANAT

Bu ilin yanvar-avqustunda Azərbaycanda əsas kapitala investisiyalar 8,4 mlrd manta olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 28,4% çoxdur. Tikinti sektoruna yönəldilən hər 100 manatdan 44 manat dövlət büdcəsindən əsaslı xərclərin payına düşür.

Dövlətstatkoma görə, ilin əvvəlindən əsaslı tikintidə daxili investisiyaların xüsusi çəkisi 76,9% olub. Daxili investisiyalar 34,6% artıb. Dövlət büdcəsindən investisiya layihələrinə ayırmalarla yanaşı bu cür tədbirlərin (şəhər və rayonların abadlaşdırılması, kəndlər arası avtomobil yollarının tikinti və yenidənqurması və s) maliyyələşməsinə dövlət başçısının sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan da vəsait ayrılır. Tikinti işlərinin donoru həm də Dövlət Neft Fondudur.

Bu il ümumi sahəsi 1 068 min kv m olan yaşayış evləri istismara verilib.

Geri qayıt