Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SABİQ MƏMURLARIN DÖYÜŞÜ TƏXİRƏ SALINIB

SABİQ MƏMURLARIN DÖYÜŞÜ TƏXİRƏ SALINIB


17-09-2012, 11:15
SABİQ MƏMURLARIN DÖYÜŞÜ TƏXİRƏ SALINIB

4 İYUN SÖHBƏTİ ƏLİ ÖMƏROVLA İXTİYAR ŞİRİNİ ÜZ-ÜZƏ GƏTİRİB

Azərbaycanın iki sabiq baş prokuroru – İxtiyar Şirinlə Əli Ömərov arasındakı məhkəmə çəkişməsi növbəti «raund»da qədəm qoysa da, üç gün əvvəl Bakı Apellyasiya Məhkəməsinin hakimi onların «döyüş»ünü təxirə salıb.

Bu barədə mia.az-a daxil olan məlumata görə, İxtiyar Şirinin «Yeni Müsavat» qəzetini də maraqlı şəxs qismində cəlb etdiyi məhkəmə işi üzrə apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə araşdırılır: «Hakim Cəmilə Səfiyeva şikayət üzrə sentyabrın 13-nə təyin olunmuş prosesi oktyabrın 4-ə təxirə salıb».

Xatırladaq ki, sabiq baş prokurorlar arasındakı məhkəmə çəkişməsinə səbəb Əli Ömərovun «Yeni Müsavat» qəzetinə verdiyi müsahibədən qaynaqlanıb. O, həmin müsahibəsində sələfi İxtiyar Şirinin narazılığına səbəb olan ifadələr işlədib: «4 iyul 1994-cü ildə Gəncədə baş verən hadisələrlə bağlı müsahibə verən Əli Ömərov İxtiyar Şirinin əleyhinə bəzi ifadələr işlədib. Ona görə də, o, Əli Ömərovun haqqında Nəsimi Rayon Məhkəməsində şərəf və ləyaqətinin müdafiəsi və mənəvi ziyandan bəhs edən iddia qaldırıb. Lakin rayon məhkəməsinin çıxardığı qətnamə İxtiyar Şirini qane etməyib. Sabiq baş prokuror birini məhkəmə instansiyasında xələfi Əli Ömərovun xeyrinə başa çatan məhkəmə işi ilə bağlı apellyasiya şikayəti verib».

Geri qayıt