Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI TOTAL KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ

İCRA BAŞÇISI TOTAL KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ


16-09-2012, 12:36
İCRA BAŞÇISI TOTAL KADR İSLAHATLARI TƏDARÜKÜNDƏ

SEVİNDİK HƏTƏMOV NƏDƏN «YUXARILARIN» MÖVQEYİNİ NƏZƏRƏ ALMIR?

DİA.AZ: - Son parlament seçkilərində mandat almayan və ardından icra başçısı göndərilmiş iki sabiq deputatdan biri - Sumqayıtın keçmiş millət vəkili, Yardımlının indiki icra başçısı Sevindik Hətəmovun rayona başçı keçdikdən sonra apardığı total kadr islahatlarının səs-küyü hələ də çəkilməyib. Belə ki, rayonda həmin islahatların sonucu olaraq boş qalmış vəzifələrdən biri ilə bağlı yeni qalmaqalın yarandığı bildirilir.

Bu barədə DİA.AZ-a Yardımlıdakı qaynaqlar tərəfindən ötürülən informasiyadan aydın olur ki, icra başçısı Əhalinin Sosial Müdafiə Mərkəzinin yerli rəhbərinin kimliyi məsələsində hətta «yuxarıların» təqdimatını belə nəzərə almır. Belə ki, yerli Dövlət Sosial Müdafiə Fondunun sədri Kamal Abdulov həmin posta namizəd olsa da, nədənsə icra başçısı bu qərarın rəsmiləşdirilməsini əngəlləyir.

Mənbəmiz bildirir ki, kadr islahatlarında öz mövqeyini əsas məqam kimi diqtə etmək niyyətinə düşən Sevindik Hətəmov eyni zamanda icra hakimiyyəti daxilində də ciddi kadr islahatları həyata keçirmək niyyətindədir: «Hələlik daha çox yerli idarə müdirləri ilə bağlı islahatlar müşahidə olunub. Amma növbəti etapda icra başçısının müavinlərindən bəziləri də mövqelərini itirəcək. Onların arasında dünənə qədər toxunulmaz hesab olunan fiqurlar da var».

Mövzu diqqətimizdədir. Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt