Əsas Səhifə > Hadisə > MİNGƏÇEVİRDƏ YATAQXANADA YANĞIN OLUB

MİNGƏÇEVİRDƏ YATAQXANADA YANĞIN OLUB


16-09-2012, 12:04
MİNGƏÇEVİRDƏ YATAQXANADA YANĞIN OLUB

FHN YANĞINI VAXTINDA SÖNDÜRƏ BİLİB

DİA.AZ: - Dünən ölkəmizin ayrı-ayrı yerlərində müxtəlif yanğın hadisələri baş verib. DİA.AZ-ın fövqəladə hallar nazirliyinin rəsmi veb-səhifəsinə istinadən verdiyi xəbərdən aydın olur ki, Mingəçevir şəhərində Maşınqayırma zavoduna məxsus beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan 5 otaqlı evin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 25 kv. m sahədə yanıb. Yanğından digər otaqlar mühafizə olunub. Yanğın saat 14:08 -də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bir başqa məlumatda isə deyilir ki, Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 42 kv.m. olan 2 otaqlı mənzilin bir otağının və eyvanın yanar konstruksiyaları 21 kv.m sahədə yanıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 15:49 -da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dəhlizinin tavanı və döşəməsi 12 kv. m sahədə yanıb. Verilən məlumata görə, yanğını saat 18:11 -də söndürmək mümkün olub.

Geri qayıt