Əsas Səhifə > Sosial, Manşet > BAYIL SAKİNLƏRİ ZİBİLLİK İÇİNDƏ BOĞULUR

BAYIL SAKİNLƏRİ ZİBİLLİK İÇİNDƏ BOĞULUR


16-09-2012, 11:22
BAYIL SAKİNLƏRİ ZİBİLLİK İÇİNDƏ BOĞULUR

«AVROVİZİYA-2012»NİN KEÇİRİLDİYİ ƏRAZİ İNDİ BAXIMSIZ HALDADIR

DİA.AZ: - Redaksiyamıza bir qrup Səbayel rayonu Bayıl qəsəbəsi sakini adından şikayət məktubu daxil olub. DİA.AZ-a şikayətlənən Bayıl sakinləri bildirirlər ki, «Avroviziya-2012» yarışmasına tədarük dövründə olmazın əziyyətini çəkmələrinə baxmayaraq, günü bu gün də işgəncəli həyatları davam edir:

«Düşündük ki, dövlətimizin adına olan bir tədbirdir və biz də iki gündən bir qazımızın, suyumuzun, işığımızın kəsilməsinə etiraz etmədik. Tam olaraq tikinti meydançasının içində yaşadıq. Amma sən demə, əsas zülmlər qabaqda imiş».

Bayıl sakinləri indi də baxımsızlıqdan şikayət edirlər: «Yarışma bitəndən sonra Bayıl qəsəbəsinin ərazisi xarabaxanaya çevrilib. Xüsusən də yuxarı küçələr. Bayraq Meydanına yaxın ərazilərdə kosmetik tmizləmə işləri aparılsa da, Bayıl qəsəbəsinin yuxarı hissəsindəki, üsürüşmə zonasına aid küçələrində kommunal xidmətlər ümumiyyətlə göstərilmir».

Sakinlər bildirir ki, bununla bağlı onlar dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, səslərini eşidən yoxdur: «Evlərimizin qarşısı zibilliklərlə əhatə olunub. Hətta yığılıb qalan zibillər maşınlarla yanaşı, insanların da hərəkətini imkansız edib. Yaxşı ki, havalar soyumaqdadır. Əgər isti havalar davam etsəydi, yəqin ki, minlərlə xəstəlik tapacaqdıq».

Narazı vətəndaşlar bildirir ki, əsas dəhşətli mənzərə Əlibəyov qardaşları küçəsindədir: «Ərazi üzrə 46 saylı MİS-ə müraciət etsək də, bizi dinləyən yoxdur. Kimsə küçələrdəki dağlanan zibilləri təmizləməyi düşünmür».

Geri qayıt