Əsas Səhifə > Siyasət, Manşet > MİSİR MƏRDANOV YENİDƏN TOXUNULMAZ QALDI

MİSİR MƏRDANOV YENİDƏN TOXUNULMAZ QALDI


16-09-2012, 10:54
MİSİR MƏRDANOV YENİDƏN TOXUNULMAZ QALDI

TN ŞEFİNİ HİMAYƏ EDƏN QÜVVƏLƏR HANSI ÖHDƏLİYİ GÖTÜRÜBLƏR?

DİA.AZ: - Gözlənilənlərin əksinə olaraq, yeni dərs ilini də Misir Mərdanov təhsil naziri postunda yola verdi. Halbuki onun bu sezonda vəzifəsindən alınacağı barədə çox ciddi çevrələr tərəfindən informasiyalar ötürülməkdə idi. DİA.AZ-ın bununla əlaqədar apardığı araşdırmalardan aydın olur ki, əslində Misir Mərdanov yenə də öhdəlikli qaydada görəv başında saxlanılıb.

Bu barədə redaksiyamızı bilgiləndirən qaynağın sözlərinə görə, Misir Mərdanovun hakimiyyətin yuxarı eşalonunda çox ciddi şəkildə dəstəkləyən çevrələr mövcuddur: «Təbii ki, Misir Mərdanov əvvəlki iqtidarında deyil və o, son bir il ərzində demək olar ki, səlahiyyətsiz, «portfelsiz nazir» statusunu qazanıb. Bu gün nazirliyə aid bütün işlər keçən dərs mövsümünün əvvəlində TN-dəki səs-küylü kadr islahatları zamanı nazir müavini postuna gətirilmiş Qulu Novruzov tərəfindən həyata keçirilir».

Son aylarda təhsil nazirliyinin əksər səlahiyyətlərinin əlindən alındığını bildirən mənbəmiz vurğuladı ki, hətta bu şəraitdə belə Misir Mərdanov idarəetmədən uzaq salınıb: «Onun adı altında təhsil sisitemi tamam fərqli şəxslər tərəfindən idarə olunur. Misir Mərdanov isə ad olaraq öz postundadır. Bu baxımdan bu gün onun görəvdən alınması ilə hazırki mövqeyinin heç bir fərqi yoxdur».

Mənbəmiz bildirdi ki, amma rəqibləri Mərdanovun yerinə başqa iddialıları gətirməyə çalışsalar da, himayədarları TN şefinin mövqelərini qorumağa müvəffəq olublar: «Amma müəyyən şərtlər daxilində. Misir Mərdanova yeni öhdəliklər qoyublar. Məlumdur ki, Misir Mərdanov özünün yaxın qohumları ilə bərabər təhsil sisteminin anasını təkcə təhsilin səviyyəsini aşağı həddə gətirməklə ağlatmayıb. Bu gün eyni zamanda təhsilə ayrılan pulların da nazir və onun yaxın qohumlarından ibarət çevrəsi tərəfindən mənimsənildiyi aydın olur. İndii isə Misir Mərdanov üçün həmin pulları xərcləmə dönəmi yetişib. Ona son bir illik vaxt verilib. Və gələn ilə qədər bütün təmirsiz məktəblər məhz Misir Mərdanov və onun yaxınlarının hesabına təmir olunmalıdır. Əks halda, naziri həbs təhlükəsi belə gözləyir».

Geri qayıt