Əsas Səhifə > Hadisə > HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB


31-10-2011, 16:05
HİCAB MƏHBUSLARININ MƏHKƏMƏSİ TƏXİRƏ SALINIB

SƏBƏB TƏQSİRLƏNDİRİLƏNLƏRİN PROSESƏ GƏTİRİLMƏMƏSİDİR

Mayın 6-sı Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasına görə həbs olunan, ictimai qaydanı qoruyan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıqda, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda təqsirləndirilən Zaur İsgəndərov, Taleh Ələkbərov, Çingiz Novruzov və Məmməd Əsgərovun məhkəmə prosesi təxirə düşüb.

“Media forum” saytı xəbər verir ki, səbəb təqsirləndirilənlərin prosesə gətirilməməsidir. Məhkəmə noyabrın 4-nə təyin edilib.

İşə Nərimanov Rayon Məhkəməsində baxılır. Hakim Arif İsmayılovdur.

“Hicaba azadlıq” aksiyasına görə tutulan 15 nəfərdən indiyə qədər 9-u məhkum olunub: Əlvan Hüseynov və Rövşən Məmmədov 2 il sınaq müddəti olmaqla 3 il müddətinə şərti cəza alıblar. Araz İsmayılov 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə, Mais Abdullayev, Rəşad Vəliquliyev, Tərlan İsmayılov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirxan Orucova 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib.


Geri qayıt