Əsas Səhifə > Cəmiyyət > BAŞ METROÇU YENƏ DƏ QALİB GƏLDİ
BAŞ METROÇU YENƏ DƏ QALİB GƏLDİ11-09-2012, 13:46 |
TAĞI ƏHMƏDOV MƏHKƏMƏNİ UDDU Bakı Metropoliteninin rəisi Tağı Əhmədova qarşı paytaxt sakini Nuriyeva Böyükxanım Qasım qızının verdiyi apellyasiya şikayəti də təmin olunmayıb. Bu barədə mia.az-a daxil olan məlumata görə, yeni metro tikintisi ilə bağlı əmlakı qəsb edilən Böyükxanım Nuriyevaya bu günədək nə kompensasiya, nə də vurulmuş zərər ödənilib: «Buna görə də adıçəkilən xanım Tağı Əhmədova qarşı hər ay 2000 manat məbləğində kompensasiya və 16.000 manat məbləğində dəymiş maddi ziyanın tutulmasından bəhs edən iddia qaldırıb. Lakin iddiaya baxan ilkin məhkəmə intansiyası sayılan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Metropoliten rəisinin xeyrinə qərar çıxarıb. Xanım Nuriyeva bu qərardan apellyasiya şikayəti versə də, ötən həftə Bakı Apellyasiya Məhkəməsi onun bu şikayətini də təmin etməyib». Onu da qeyd edək ki, Böyükxanım Nuriyevanın Tağı Əhmədova qarşı apellyasiya şikayətinə hakim Ülvi Mayılov baxıb. Geri qayıt |