Əsas Səhifə > Dünya > PREZİDENTİN AYAĞI YERDƏN ÜZÜLDÜ

PREZİDENTİN AYAĞI YERDƏN ÜZÜLDÜ


11-09-2012, 11:49
PREZİDENTİN AYAĞI YERDƏN ÜZÜLDÜ

OBAMANIN BAŞINA GƏLMƏYƏNLƏR QALMADI

DİA.AZ: - ABŞ prezidenti Barak Obama 6 noyabr seçkiləri ilə bağlı sürdürdüyü kampaniyasında qeyri-adi bir hadisə ilə qarşılaşıb. Belə ki, Obama kampaniyası zamanı baş çəkdiyi bir kafenin pizza ustası tərəfindən elə həyəcanlı şəkildə qarşılanıb ki, prezidentin ayaqları yerdən üzüləsi olub.

DİA.AZ-ın əcnəbi mətbuata istinadən verdiyi xəbərdən aydın olur ki, hədsiz coşquyla prezidenti qucaqlayan pizzaçı Barak Obamanı qucaqlayaraq onu yerdən qaldırıb.

Həmin pizza yerinin sahibi isə baş verənlərin müqabilində bildirib ki, onun bişirdiyi pizzaları yeyənlər bax belə güclü olur: «Hətta prezidenti belə havada fırladır».

Geri qayıt