Əsas Səhifə > Şou-biznes > AZƏRBAYCANLI MODEL SOYUNMAQDAN DANIŞDI

AZƏRBAYCANLI MODEL SOYUNMAQDAN DANIŞDI


31-10-2011, 12:46
AZƏRBAYCANLI MODEL SOYUNMAQDAN DANIŞDI

“HƏTTA SERİALLARDA ÇƏKİLMƏK TƏKLİFLƏRİ ALIRAM”

Model Ləman Əlizadənin həyatında ciddi dəyişikliklər baş verib.

O, bunu Day.Az saytına müsahibəsində bildirib. «Çox şey dəyişib. «Azəri Top Model» müsabiqəsində qələbə qazandıqdan sonra qarşımda bütün qapılar açılıb. Reklam çarxlarında, hətta seriallarda çəkilmək təklifləri alıram», - deyə model qeyd edib.

Vaxtilə İspaniyada yaşamış və model kimi çalışmış Ləman bildirib ki, heç bir halda çılpaq fotosessiyaya çəkilməz: «Nə qədər qonorar təklif edilsə də, bunu qəbul etmərəm. Mən buna pis baxıram. Hansısa model çılpaq fotosessiyalara çəkilirsə, ona da münasibətim mənfidir. Avropada hər şey fərqlidir».

Geri qayıt