Əsas Səhifə > Güney Press, Araşdırma > MTN GENERALI TÜRKİYƏDƏ VƏFAT EDİB

MTN GENERALI TÜRKİYƏDƏ VƏFAT EDİB


10-09-2012, 11:32
MTN GENERALI TÜRKİYƏDƏ VƏFAT EDİB

O, XƏSTƏLİKDƏN ƏZİYYƏT ÇƏKİRMİŞ

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini, general-mayor Tofiq Babayev dünən İstanbulda xəstəxanada vəfat edib. Bu gün generalın cənazəsi Bakıya gətiriləcək.

Bu barədə Modern.az saytına keçmiş baş prokuror Murad Babayev məlumat verib.

Tofiq Babayev 30 ilə qədər Milli Təhlükəsizlik Nazirliyində çalışıb. Mərhum general həm Namik Abbasov, həm də hazırda nazir olan Eldar Mahmudovun muavini işləyib.

Tofiq Babayev əvvəllər Qarabağ üzrə DTK idarəsinin rəisi, DTK-nın Gəncə şəhər idarəsinin rəisi olub.
O, Ağdam rayonunda anadan olub.

General bir həftə əvvəl İstanbula müalicə olunmağa gedibmiş. Bundan əvvəl isə Gömruk xəstəxanasında 10 günə qədər müalicə alıb.

T.Babayev qaraciyər xəstəliyindən əziyyət çəkirmiş.

Geri qayıt