Əsas Səhifə > Ölkə > BAŞ REDAKTORUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILIR

BAŞ REDAKTORUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILIR


31-10-2011, 12:16
BAŞ REDAKTORUN HÜQUQLARINI MÜDAFİƏ KOMİTƏSİ YARADILIR

ƏVƏZ ZEYNALLI İLƏ BAĞLI DƏYİRMİ MASA

Ötən həftənin sonları həbs olunan «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı bu gün Dəyirmi Masa keçiriləcək. Tədbir RATİ-nin ofisində saat 13:30-da baş tutacaq. tədbirin təşkilatçısı RATİ-nin rəhbəri Emin Hüseynovdur.

Qeyd edək ki, tədbirə hüquq müdafiəçiləri, ziyalılar, millət vəkilləri, beynəlxal hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin nümayəndələri, jurnalistlər qatılacaqlar. Toplantıda Əvəz Zeynallının Hüquqlarını Müdafiə Komitəsinin yaradılacağı müzakirə olunacaq. Bəzi məlumatlara görə, komitəyə isə «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin rəhbərlik edəcəyi gözlənilir.

Xatırladaq ki, Əvəz Zeynallı deputat Gülər Əhmədovanın şikayəti əsasında həbs olunub. Deputatın iddiasına görə, baş redaktor onun haqqında məlumat yaymamaq üçün rüşvət istəyib. Hətta bununla bağlı onun əlində lent yazısı belə var. Hal hazırda Əvəz Zeynallı ilə bağlı Baş Prokurorluqda cinayət işi qaldırılıb və istintaq aparılır.


Geri qayıt