Əsas Səhifə > Güney Press, Araşdırma > GİROVLUQDAN AZAD EDİLƏN ŞAİRLƏRİMİZİN DURUMU NORMALDIR

GİROVLUQDAN AZAD EDİLƏN ŞAİRLƏRİMİZİN DURUMU NORMALDIR


7-09-2012, 13:06
GİROVLUQDAN AZAD EDİLƏN ŞAİRLƏRİMİZİN DURUMU NORMALDIR

ONLARIN SAĞLIĞI YERİNDƏDİR

İranda həbsdən azad edilərək ötən gün Azərbaycana qayıdan şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə sərhəddə Biləsuvar keçid məntəqəsində qarşılanmadan sonra evlərinə gediblər. ANS-in əməkdaşları onları evlərinə qədər müşayiət edib.

Uzun ayrılıqdan sonra vətənə dönən Şəhriyar Hacızadə böyük izdihamla qarşılanıb.
Şair ANS-ə verdiyi açıqlamada onların azad olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib və özünü tam normal hiss etdiyini deyib. O, yaxın günlərdə mətbuat konfransı keçirərək, mətbuatın suallarına aydınlıq gətirəcəklərini deyib.

Şəhriyarın atası Hacı Mayıl da ötən 4 ay müddətində onun yanında olan, başda ölkə prezidenti olmaqla övladının azad olunmasına çalışan bütün qurumlara, rəhbər şəxslərə, eləcə də proseslərin işiqlandırılmasına xidmət edən media qurumlarına, xüsusilə şairlərin həbsindən sonra ilk olaraq onun yaşadığı evə gedən ANS televiziyasına xüsusi minnətdarlığını bildirib.

Qeyd edək ki, Şəhriyar Hacızadə ilə birlikdə İranda həbsdə saxlanılan digər şair Fərid Hüseyn də dünən gecə saatlarında yaşadığı Kürdəmir rayonuna qayıdıb.

Geri qayıt