Əsas Səhifə > Dünya > QARDAŞ ÖLKƏYƏ TÜRKÇÜ BAŞQAN

QARDAŞ ÖLKƏYƏ TÜRKÇÜ BAŞQAN


31-10-2011, 12:08
QARDAŞ ÖLKƏYƏ TÜRKÇÜ BAŞQAN

ALMAZ ATAMBAYEV QIRĞIZISTAN PREZİDENTİ SEÇİLDİ

Qırğızıstanın baş naziri Almaz Atambayev oktyabrın 30-da keçirilən prezident seçkisində qalib gəlib. “Media forum” saytının məlumatına görə, 62,95 faiz səs toplayan Almaz Atambayev ən yaxın rəqibləri Adaxan Madumarovu (14,92 faiz) və Kamçibek Taşiyevi (14,42 faiz) xeyli geridə qoyub. Digər 13 namizədin heç biri 1 faizlik baryeri keçə bilməyib. Seçkinin rəsmi nəticələri üç həftə ərzində açıqlanacaq.

Almaz Atambayevin 55 yaşı var. 1993-cü ildən Sosial Demokrat Partiyasının lideridir. Baş nazir kürsüsünə 2010-cu ilin dekabrında gətirilib.

DİA.AZ bildirir ki, Almaz Atambayev Türkiyə türkcəsində səlis danışır və onun bir Turan həsrətlisi olduğu söylənilir. Hər halda bu faktorlar yeni prezidentin yürütdüyü siyasətdə də özünü mütləq şəkildə biruzə verəcək.

Geri qayıt