Əsas Səhifə > Hadisə > BAKIDA OĞRU BANDASI TUTULUB

BAKIDA OĞRU BANDASI TUTULUB


7-09-2012, 12:43
BAKIDA OĞRU BANDASI TUTULUB

ONLAR BİR NEÇƏ AYDIR Kİ, VƏTƏNDAŞLARI TALAYIRMIŞ

Azərbaycanda oğurluq etmiş şəxslər saxlanılıblar.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istindən verdiyi məlumata görə, Binəqədi RPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Tural Sadıqova məxsus "Mercedes" markalı avtomaşından oğurluq etmiş qrupun digər üzvü Bakı şəhər sakini Elvar Abdullazadə tutulub.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin yanvar, iyun və avqust ayları ərzində Qaroğlan Məlikova, Leyla Nəzərovaya, Mais Məsiyevə məxsus mağazalardan, İlqar Kərimlinin, Rövşən Abbasova, Elnur Hüseynova, Azər Quliyevə və Mehman Rüstəmova məxsus avtomaşınlardan oğurluq etmələri də müəyyən edilib.

Gəncə BŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 6-da şəhər sakini Aqil Bayramova məxsus mobil telefonu oğurlamış Şəmkir rayon sakini Nurlan Verdiyev tutulub.

Zaqatala RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-də Vahid Barxalova məxsus bağ evindən 1 ədəd mühərrikli mişarı oğurlamış rayon sakini Məhəmməd Mamayev saxlanılıb.

Şirvan ŞPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 5-nə keçən gecə şəhər sakini Xaləddin Cəlalova məxsus avtoyuma sexindən 1 ədəd su mühərriki oğurlanmış həmyerlisi Sübhan Cavadov tutulub.

Geri qayıt