Əsas Səhifə > Sosial, Manşet > MİSİR MƏRDANOV YENƏ PUL YIĞACAQ

MİSİR MƏRDANOV YENƏ PUL YIĞACAQ


31-10-2011, 11:55
MİSİR MƏRDANOV YENƏ PUL YIĞACAQ

NAZİRİN YENİ “AKREDİTASİYA BİZNESİ”

DİA.AZ: - Azərbaycanda ilk dəfə olaraq, orta məktəblərin akkreditasiyasına başlanılıb. Bunu açıqlamasında Azərbaycanın təhsil naziri Misir Mərdanov deyib.

Onun sözlərinə görə, ilkin olaraq, 11 orta məktəbin akkreditasiyadan keçirilməsi nəzərdə tutulur.

Nazir bildirib ki, artıq bu günlərdə bir neçə orta məktəblə bağlı Akkreditasiya Şurasının iclası keçiriləcək.

Mərdanov orta məktəblərin akkreditasıyasının davamlı olaraq həyata keçiriləcəyini qeyd edib.

Nazir onu da əlavə edib ki, akkreditasiyanın nəticələrindən asılı olaraq, orta məktəblər bağlana bilər.

"Məktəblər müvəqqəti də, daimi də bağlana bilər. Hər halda bu, təhsilin keyfiyyətini yüksəltmək üçün atılan növbəti addımdır", - Mərdanov deyib.

Hazırda Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrinin akkreditasiyası aparılır. Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilini davam etdirməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu barədə “Dünya” İbformasiya agentliyi redaksiyasına verilən məlumatda isə bildirilir ki, əslində orta məktəblərin akreditasiyası sırf olaraq əlavə pul yığımı üçün bir bəhanədir. Bu barədə Naizrlər Kabinetindəki qaynağımızın redaksiyamıza söylədikləri:

“Hər halda, təhsilin səviyyəsinin bu yolla qaldırılıması şəkli absurddur. Bunu Misir Mərdanov da bilir. Burada əsas məqsəd əlavə pul yığımıdır. Hansı məktəb ditektoru tələb olunan məbləği ödəməzsə, onun rəhbəri olduğu orta məktəbin fəaliyyətinə də müvəqqəti və yaxud da daimi qadağa qoyulacaq”.

Xatırladaq ki, tələbə qəbulu prosesinə nəzarət imkanlarını itirməsinin ardından Misir Mərdanov müxtəlif üsullarla pul qazanma yollarına baş vurub. Onu da qeyd edək ki, TN şefi eyni zamanda Bakı məktəblərinin kuratorudur. Ona görə də akreditasiya məsələsi də ilk olaraq Bakı məktəblərindən başlayır.


Geri qayıt