Əsas Səhifə > Ölkə, Manşet > TÜRKİYƏ ERMƏNİ ŞƏRİNƏ HEYRAN QALIB

TÜRKİYƏ ERMƏNİ ŞƏRİNƏ HEYRAN QALIB


6-09-2012, 15:18
TÜRKİYƏ ERMƏNİ ŞƏRİNƏ HEYRAN QALIB

RƏSMİ ANKARADAN RAMİL SƏFƏROV AÇIQLAMASI

DİA.AZ: - Macarıstandan ekstradisiya olunaraq prezident İlham Əliyev tərəfindən əfv edilən Ramil Səfərovla bağlı yaranmış qalmaqalda Türkiyənin də Azərbaycanla yanaşı erməni lobbisi tərəfindən hədəfə alınması rəsmi Ankaranın reaksiyasına nədən olub. Bu barədə DİA.AZ Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, məsələ ilə bağlı açıqlama ilə çıxış edən Türkiyənin xarici işlər nazirliyinin mətbuat katibi Səlcuq Ünal bildirib ki, onlar ermənilərin Ramil Səfərovla bağlı yaranmış prosesdə Türkiyəni də hədəfə almalarından təəccüb edirlər:

«Türkiyə bir dövlət olaraq bu prosesə qarışmayıb və ABŞ-dakı erməni diasporasının Türkiyənin ünvanına yönəlik ittihamları əslində, Ankaraya qarşı yönələn ənənəvi böhtanının nümunəsidir».

Qeyd edək ki, ABŞ-dakı erməni diasporası Türkiyəni bu məsələdə günahkar elan edib və iddia edib ki, guya Ramil Səfərovun azadlığa buraxılmasında Ankara vasitəçi rol oynayıb.

Geri qayıt