Əsas Səhifə > Dünya > KEÇMİŞ PREZİDENT ÖZÜNÜ XOŞBƏXT HİSS EDİR

KEÇMİŞ PREZİDENT ÖZÜNÜ XOŞBƏXT HİSS EDİR


6-09-2012, 13:54
KEÇMİŞ PREZİDENT ÖZÜNÜ XOŞBƏXT HİSS EDİR

MEDVEDYEV BAŞ NAZİRLİK VƏZİFƏSİNİ SEVİR

Rusiyanın Saratov bölgəsində rəhbəri olduğu "Birləşmiş Rusiya" partiyasının bölgə nümayəndələri ilə görüşən Medvedyev, "mən ümumiyyətlə xoşbəxt olduğum vəzifələri icra etdim. Tələbə olmaqdan, həkimlik etməkdən, universitetdə dərs deməkdən xoşbəxt oldum. Hüquq sahəsində xidmət etməkdən, dövlət vəzifəsində çalışmaqdan məmnun oldum. Prezident kimi ölkəmə xidmət etməkdən də xoşbəxt oldum. İndi isə baş nazir olaraq vəzifə yerinə yetirməkdən həqiqətən xoşbəxtəm", - deyib.

FaktXeber.com-un məlumatına görə, baş nazirlikdən ayrıldıqdan sonra yenidən akademik işlərə dönüb-dönməyəcəyi ilə əlaqədar sualı cavablandıran Medvedyev, uzun müddət fasilədən sonra yenidən bu sahəyə dönməyin düzgünlüyündən əmin olmadığını deyib.

Rusiya lideri, "mən dövlət məmuru kimi karyeramı başa çatdırdıqda, əldə etdiyim təcrübələri mümkün olduğu qədər daha çox insanla paylaşmağın faydalı olacağını düşünürəm", - söyləyib.

Geri qayıt