Əsas Səhifə > Dünya > TÜRK ÖLKƏSİNDƏ YENİ BAŞ NAZİR

TÜRK ÖLKƏSİNDƏ YENİ BAŞ NAZİR


6-09-2012, 13:06
TÜRK ÖLKƏSİNDƏ YENİ BAŞ NAZİR

DÜNƏN QIRĞIZLAR YENİ KOALİSİYA YARADIB

Qırğızıstan parlamenti sentyabrın 5-də yeni koalisiya hökumətinin tərkibini təsdiqləyib. “Media forum” saytı xəbər verir ki, baş nazir postuna Jantoro Satıbaldiyev təyin olunub.

Jantoro Satıbaldiyev Bişkek Politexnik İnstitutunu bitirib. Nəqliyyat naziri, Oş şəhərinin meri, Oş vilayətinin qubernatoru postlarını tutub. 2011-ci ildə Prezident Aparatına rəhbərlik edib.

Qırğızıstanın əvvəlki baş naziri Ömürbek Babanov idi. Avqustun 24-də prezident Almazbek Atambayev hökuməti istefaya göndərib. Buna hakim parlament koalisiyasının dağılması səbəb olub. 2011-ci ildə yaradılan hakim koalisiyaya Ata Məkan, Sosial Demokrat, Ar-Namus və Respublika partiyaları daxil idi. İndiki hökumət Respublika Partiyasının iştirakı olmadan qurulub.

Geri qayıt