Əsas Səhifə > Siyasət, Manşet > HARDA QALDI, ANTİKORRUPSİYA TƏDBİRLƏRİ?

HARDA QALDI, ANTİKORRUPSİYA TƏDBİRLƏRİ?


5-09-2012, 13:23
HARDA QALDI, ANTİKORRUPSİYA TƏDBİRLƏRİ?

FAZİL MƏMMƏDOVUN İŞÇİLƏRİ QAPI-QAPI GƏZİB PUL İIĞMAQDADIRLAR

DİA.AZ: - Xatırladaq ki, keçən ilin əvvəlindən start düyməsi basılan antikorrupsiya tədbirlərinin ardından vergi orqanlarının əməkdaşları da rüşvət pəhrizinə oturmaq məcburiyyətində qaldılar. Hətta həmin ərəfədə bəzi obyekt sahiblərinə aparılan alver danışıqlarının da yarımçıq saxlandığı məlum olmuşdu. Amma bu proses çıx qısa müddətlik oldu.

Bu barədə verdiyimiz informasiyaların birində qeyd olunurdu ki, Bakının Səbayel rayonunun vergi orqanının əməkdaşları ərazilərindəki obyekt sahiblərindən birindən 25 min manat illik haqq tələb edirmişlər. Həmin obyektin sahibi isə bu qədər pulunun olmadığını bildirməklə yanaşı, yalnız 10 min manatı verə biləcəyini söyləyirmiş. VN əməkdaşları isə israr edirmiş.

Lakin antikorrupsiya tədbirlərinə start verilməsi bu bazarlığın da yarıda qalmasına nədən olub. Obyekt sahibinin mətbuata verdiyi açıqlamaya görə, bundan sonra VN əməkdaşı ona yaxınlaşaraq çox ehtiyatlı şəkildə 10 min manatı alıb və kimsəyə bu barədə məlumat verməməsini də tələb edib.

İndi isə durumun yenə də dəyişdiyi bildirilir. Elə adını çəkdiyimiz ərazi ilə bağlı DİA.AZ-a maraqlı məlumatlar daxil olub. Redaksiyamızı bilgiləndirən qaynağın sözlərindən belə məlum olur ki, deyəsən VN əməkdaşları da rüşvət pəhrizinə birdəfəlik olaraq «əlvida» deməyə başlayıblar.

Bu barədə mənbənin söylədikləri: «Bu həftənin əvvəlindən obyek-obyekt gəzib pul yığırlar. Əsasən kafe və çayxanalardan pul alırlar. Bunu özləri belə əsaslandırırlar ki, kafe və çayxanalar yay fəslində stolları bayıra çıxarırlar, nəticədə alver elədikləri sahə genişlənir və bu səbəbdən pul verməlidirlər».

Obyekt sahiblərindən biri redaksiyamıza giley edərək bildirdi ki, əvvəllər də gələrdilər. Amma o zaman az pul almışdılar: «İndi iki dəfə artıq pul alırlar. Rüşvət almadıqları dövrün də əvəzini çıxırlar».

Geri qayıt