Əsas Səhifə > Şou-biznes > ATV KANALINA QARŞI DAHA BİR İTTİHAM

ATV KANALINA QARŞI DAHA BİR İTTİHAM


5-09-2012, 11:19
ATV KANALINA QARŞI DAHA BİR İTTİHAM

AKTYOR ANONS DAVASI EDİR

Artıq yeni mövsümə start verilib. Rəqabət olduğundan telekanallar zəhmətə daha çox üstünlük verməkdədirlər. Hər biri ayrı-ayrılıqda verilişlərinin, yeniliklərinin, ən əsası, seriallarının anonslarını tez-tez yayımlandırır. Düzü, seriallarımız arasında daha çox tamaşaçı ordusu toplaya bilmiş, hər kəsin marağına səbəb olmuş “Pərvanələrin rəqsi” serialının reklam çarxının efirə buraxılmaması bir çoxlarının narahatçılığına səbəb olmuşdu. Bu barədə məlumat əldə etmək üçün araşdırmalara başlamaq istəyirdim ki, serialın baş qəhrəmanlarından biri olan Anar Heybətov sosial şəbəkədə belə bir status paylaşdı:

“Bütün dostlarımı salamlayıram. Sentyabrın 3-ü, 19:30-da "Pərvanələrin rəqsi" serialı ATV kanalında yayımlanacaqdı. Düzü, bu barədə ATV kanalı anons verməli idi, nədənsə anonslarımızı efirdə görmədim deyə, qərara gəldim ki, burda sizə xəbər verim. Fikirləşirəm ki, ATV kanalı baxımsız serialların anonsunu verir. Yəqin ki, rəhbərliyin bundan xəbəri yoxdur. Bunu da mən birmənalı qəbul eləmirəm. Çünki milli seriallarımızın inkişafı üçün bütün seriallarımızı dəstəkləməliyik. Amma... nə isə... Həftənin 5 günü gündə iki seriya veriləcək və oktyabr ayının 1-dən yeni seriyalarımız həftədə bir dəfə (1 seriya 60 dəqiqədən yuxarı olmaqla) efirə gedəcək, İnşallah. Diqqətinizə görə minnətdaram”.

Sentyabrdan etibarən efirlərimizdə yerli seriallarımız çoxalacaq. Yəni seçim edə biləcəksiniz. Onu da əlavə edim ki, nəinki aktyorlar, artıq müğənnilərimiz də seriallara çəkilməyə dəvətlər alıblar. Nura Suri, Roza Zərgərli artıq dəvətləri qəbul ediblər.

Geri qayıt