Əsas Səhifə > Cəmiyyət > ƏVƏZ ZEYNALLININ HAKİMİNDƏN QƏRİBƏ ADDIM
ƏVƏZ ZEYNALLININ HAKİMİNDƏN QƏRİBƏ ADDIM4-09-2012, 13:47 |
O, ELÇİN SADIQOVU VƏKİLLİKDƏN ETMƏK İSTƏYİR Vəkil Elçin Sadıqov Azərbaycan Vəkillər Kollegiyasının qərarı ilə peşə fəaliyyətindən kənarlaşdırıla bilər. Vəkillər Kollegiyasına bu tələbi “Xural” qəzetinin redaktoru Əvəz Zeynallının işi üzrə hakim Ramella Allahverdiyeva göndərib. 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddəsi ilə ittiham olunan yerli sahibkar Natiq Hüseynova qarşı cinayət işini aparan Neftçala rayon prokurorluğu da analoji xahişlə Kollegiyaya müraciət edib. Sadıqovun sözlərinə görə, məhkəmə və prokurorluq korpusunun ondan narazı olmasının əsas səbəbi onun, bir çox həmkarlarından fərqli olaraq, müxalif yönlü jurnalistlərin, siyasətçilərin və vətəndaş cəmiyyəti nümayəndələrinin müdafiəsindən imtina etməməsidir. Lakin şikayətlərdə əhəmiyyətsiz formal səbəblər göstərilib: birinci halda o, müvəkkilin israrlı tələbindən sonra hakimdən icazə almadan zalı tərk edib, ikinci halda əli sınıq olduğu üçün cinayət işi ilə tanış olduğu barədə protokolu imzalamaqdan imtina edib. Azərbaycanda ictimai nəzarət orqanları tərəfindən vəkillərə maneə törədilməsi və hətta onlara qarşı CM-in 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə cinayət işi qaldırılması təcrübəsi yayılıb. Belə ki, 2011-ci ildə vəkillər Elçin Namazov, Xalid Bağırov və Osman Kazımov kollegiyanın təqibinə məruz qalıb. Onlar ötən il aprelin 2-də etiraz mitinqində iştiraka görə həbs edilmiş müxalifətçilərin işi üzrə cinayət prosesində hakimiyyətin gözündən düşüblər. Rejimin arzu etmədiyi ildən ilə azalan vəkillərin “təqsiri” siyasi motivlərlə təqib olunan müxalifət xadimlərini müdafiə etmələridir. Bir sıra beynəlxalq hüquq müdafiə təşkilatları öz bəyanatlarında qeyd ediblər ki, müstəqil vəkillərə güclü təzyiq hakimiyyətin vətəndaş cəmiyyətinin maraqlarının pozulmasına yönəlmiş siyasətinin tərkib hissəsidir. Geri qayıt |