Əsas Səhifə > Güney Press, Araşdırma > “KAPİTAL-BANK” ƏMANƏTLƏRİ NİYƏ QAYTARMIR?

“KAPİTAL-BANK” ƏMANƏTLƏRİ NİYƏ QAYTARMIR?


4-09-2012, 12:58
“KAPİTAL-BANK” ƏMANƏTLƏRİ NİYƏ QAYTARMIR?

BANKDAN İZAHAT GƏLDİ

"Kapital Bank" SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının bəzi əmanətçilərinə ödəniləcək vəsaitlərin gecikmə səbələrini açıqlayıb.

"Kapital Bank"ın İdarə Heyəti sədrinin müavini Araz Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, vəsaitlərin əmanətçilərə sənddə göstərilən vaxtan gec ödənilməsi təkcə regionlarda deyil, Bakı şəhərində də mövcuddur.

Onun sözlərinə görə, əmanətçilərə birdəfəlik ödəmələr prosesinə o dövrdən 21 il keçdikdən sonra baxılıb. İndi bəzilərinin arxivdə sənədləri yoxdur və bəzilərində problemlər mövcuddur. Amma biz bacarqığımız qədər bu arxiv sənədləri tapıb əmanətçilərə əmənətləri ödəyirik. Amma arxiv sənədlərin axtarıb tapılmasında müəyyən çətinliklər mövcuddr. Bu sənədlərin Bankın filiallarından tapılması üçün müəyyən vaxt aparır. Ona görə, bəzi əmanətçilərin arxiv sənədləri tapılmadığı üçün, qərarə alınıb ki, problemli məsələ sonradan araşdırılsın. Bundan sonra əmanətçilərə vəsait ödəniləcək.

O vurğulayıb ki, banka müracviət edən bütün əmanətçilərin ərizələrinə baxılacaq. Bundan ötrü hər hansı narahatlığa əsas yoxdur. \ SalamNews \

Geri qayıt