Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SAYTLARIMIZA HÜCUMLAR DAVAM EDİR

SAYTLARIMIZA HÜCUMLAR DAVAM EDİR


4-09-2012, 12:43
SAYTLARIMIZA HÜCUMLAR DAVAM EDİR

BİR NEÇƏ XƏBƏRT PORTALI İFLİC VƏZİYYƏTDƏDİR

Azərbaycanın aparıcı xəbər saytlarına total hücümlar davam edir.

SalamNews-un verdiyi xəbərə görə, bu hücumlar Azərbaycan ordusunun zabiti Ramil Səfərovun azadlığa çıxmasından sonra daha da intensivləşib.

Hücuma məruz qalan saytlar arasında "APA" İnformasiya Agentliyi, "Mediaforum.az" xəbər saytı da var. Bəzi dövlət saytları da ciddi problemlərlə üzləşiblər.

Mediaforum.az saytından verilən məlumata görə, ötən gün sayta 54806 kompyuterdən hücum olub. Saytının təhlükəsizliyini qoruyan mütəxəssislər bu müddət ərzində haker hücumunun xarakterini də təhlil ediblər. Aydın olub ki, bu, informasiya texnologiyaları mütəxəssislərinin “DDOS həmləsi” adlandırdığı həmlələrdəndir. DDOS ingilis dilində “Distributed Denial Of Service” ifadəsinin abreviaturasıdır. Bu termin müxtəlif yerlərdən gələn hücum nəticəsində sayta xidmət göstərən serveri xidmət göstərməkdən imtinaya məcbur etmək mənası verir.

Xatırladaq ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haker hücumlarına rəsmi münasibət açıqlayıb. Bildirib ki, son bir neçə gündə ermənilər tərəfindən müxtəlif texnoloji üsullarla Azərbaycanın dövlət orqanlarının, informasiya agentliklərinin, əyləncə saytlarının fəaliyyətinə əngəllər yaratmağa, onu dayandırmağa, həmçinin məzmununa müdaxilə etməyə cəhdlər göstərilir.

Geri qayıt