Əsas Səhifə > Şou-biznes > "MƏN ÇOX DƏYİŞİLMİŞƏM"

"MƏN ÇOX DƏYİŞİLMİŞƏM"


30-10-2011, 14:07
"MƏN ÇOX DƏYİŞİLMİŞƏM"

“KÖMƏKÇİLƏRİM DƏ VAR, LAKİN MƏN ÖZ İŞİMƏ CAN YANDIRIRAM”

ATV kanalında yayımlanan "Bizim səhər" verilişinin qonağı populyar müğənni Sevda Yahyayeva işlərindən danışdı.

"Maddiyət önəmlidir, amma o, hər şeyi həll etmir. Mən əgər çalışmasam, evdə otursam, heç bir iş görməsəm, mənim pulum olsa belə, heç bir şey edə bilmərəm. Çünki çalışmaq lazımdır. Mən də hər zaman öz işlərimin dalınca özüm qaçıram.

Köməkçilərim də var, lakin mən öz işimə can yandırıram, diqqətlə yanaşıram işlərimə. Gecə-gündüz çalışıram, əziyyət çəkirəm, amma işlərimin də bəhrəsini görürəm.

Mən çox dəyişilmişəm. Qabaqlar mən çox sadəlövh idim. Lakin çox şey dəyişildi. Qabaqlar insanlara inanırdım, amma insan yaşa dolduqca adamları tanıyır. Mən də artıq insanları tanımağa başladım. Həyat hər bir insanı dəyişir", - Sevda Yahyayeva dedi.


Geri qayıt