Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİNƏ YAXIN BAŞÇI YEYİNTİYƏ YOL VERİB

FHN ŞEFİNƏ YAXIN BAŞÇI YEYİNTİYƏ YOL VERİB


3-09-2012, 16:19
FHN ŞEFİNƏ YAXIN BAŞÇI YEYİNTİYƏ YOL VERİB

NEFTÇALANIN BAŞÇISI 1 MİLYONU NEYNƏYİB?

DİA.AZ: - Keçən ilin aprel ayından Neftçala rayonuna başçılıq edən İsmayıl Vəliyev deyəsən, sözügedən rayondakı rəhbərliyini qısa müddətə başa vurmalı olacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələr xəbər verib. Məlumatlardan belə aydın olur ki, rayon icra hakimiyyətinin bir qrup yetkilisi tərəfindən büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi faktı aşkarlanıb ki, bu da başçı üçün əməlli-başlı başağrısına çevrilib.

Qeyd edək ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adamı kimi tanınan İsmayıl Vəliyev bir zamanlar gömrük orqanlarında çalışıb və Neftçalaya gələnə qədər Qobustan rayonuna rəhbərlik edib. Və indi ona elə gəlir ki, gömrük orqanlarında olduğu kimi Neftçalada da istədiyi qədər dövlət pulunu talaya bilər.

Mənbəmiz iddia edir ki, aparılan maliyyə yoxlamaları zamanı təxminən 1 milyon manata yaxın (920 min manat) pulun yoxa çıxdığı aşkarlanıb: «Hər halda, bu pul ödənməlidir və hətta Kəmaləddin Heydərov belə bu kimi məsələlərdə adamını qorumaq iqtidarında deyil».

Onu da bildirək ki, Kəmaləddin Heydərov son zamanlar Kürqırağı rayonları ələ keçirməkdədir ki, bu da onun balıq biznesində şəriksiz hökmranlıq istəyilə birbaşa bağlıdır. Belə ki, Qəbələ rayonunu əldən verən FHN şefi öz adamını Mingəçevirə təyin etdirməklə, bu şəhərin balıq tədarükü potensialına birbaşa olaraq sahiblənmiş oldu. Buna qədərsə FHN şefi Neftçalanın balıq tədarükü imkanlarına nəzarət rıçağı əldə etmişdi ki, göründüyü kimi, FHN şefinin bu planları adamının yanlışı tərəfindən zərbə altına düşmüş olur.

Geri qayıt