Əsas Səhifə > Dünya > İNQİLAB SIRASI MƏTBUATA ÇATDI

İNQİLAB SIRASI MƏTBUATA ÇATDI


3-09-2012, 13:05
İNQİLAB SIRASI MƏTBUATA ÇATDI

MİSİRDƏ BAŞIÖRTÜLÜLƏR EFİRƏ BURAXILIR

DİA.AZ: - Bu gün Misirin «Kanal1»də xəbər bülletenlərini oxuyan teleaparıcı Fatma Nəbil Müsəlman Qardaşlarının mətbu orqanı olan «Azadlıq və Ədalət» qəzetinə verdiyi açıqlamasında «İnqilab nəhayət mətbuata da yetişdi» fikrini söyləyib.

DİA.AZ-ın əcnəbi mətbuata istinadən verdiyi xəbərdə deyilir ki, bundan öncə Misirin İnformasiya Naziri Saleh Əbdülmaqsud bildirmişdi ki, başıörtülü qadın bu gündən etibarən xəbərləri efirdən oxuya bilər.

Nəbil açıqlamasında bildirib ki, buna qədər qadağa var idi və o, başıörtülü olması səbəbindən efirə buraxılmırdı.

Geri qayıt