Əsas Səhifə > Sosial, Manşet > İSRAİL AZƏRBAYCANDA HƏRBİ BAZA YARADIR

İSRAİL AZƏRBAYCANDA HƏRBİ BAZA YARADIR


30-10-2011, 13:39
İSRAİL AZƏRBAYCANDA HƏRBİ BAZA YARADIR

BU MƏLUMATI YƏHUDİ MƏTBUATI YAYIB

DİA.AZ: - İsrailin “Debka” saytı məlumat verib ki, rəsmi Tel-Əviv Azərbaycan Respublikasında İran İslam Respublikasının nüvə obyektlərini izləmək üçün baza açmaq istəyir; casus peyklərin alınması ilə bağlı yəhudi dövləti ilə rəsmi Bakı arasında danışıqlar gedir.

“Dünya” İnformasiya Agentliyi adıkeçən sayta istinadən məlumat verir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi İsraillə son illərdə kifayət qədər sıx hərbi və iqtisadi əlaqələr quran bu ölkənin əhəmiyyətli olacağını göstərir.

Sayt bildirir ki, Azərbaycan Türkiyənin hərbi sənayesinə qarşı çağırış xarakterli addım ataraq İsraillə hərbi əməkdaşlığa üstünlük verir. Azərbaycan ordusu İsraildə istehsal edilən pilotsuz kəşfiyyat təyyarələri ilə sürətlə silahlanmaqdadır.

”Debka" saytı hərbi mənbələrə istinadən xəbər verir ki, yaxın iki ay ərzində İsrail Azərbaycan ordusuna daha 60 pilotsuz kəşfiyyat təyyarəsi satacaq.

Təyyarələrin əsas komponentlərinin 70 faizi İsraildə, qalan hissəsi Bakıda istehsal edilir.

Sayt yazır ki, Azərbaycanla İsrail arasında raket daşıya bilən pilotsuz kəşfiyyat təyyarələrinin alınmasına dair danışıqlar da gedir. Saytın istinad etdiyi anonim mənbələr bildirir ki, söhbət İsrailin “Elbit” şirkəti tərəfindən istehsal edilən “Hermes 450" pilotsuz kəşfiyyat təyyarələrindən gedir. ”Qərbin kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Təl-Əvivlə Bakı arasında İsrail istehsalı olan kəşfiyyat peyklərinin alınmasına dair danışıqlar da aparılmaqdadır.

Onu da bildirək ki, bütün bunlara paralel olaraq yəhudilər ermənilərlə də sıx kontaktdadırlar. İsrailin hökumət çevrələrində gizli mənbələrə malik olan “İzRus” portalının yaydığı xəbərdə deyilir ki, bu ayın sonlarında, gələn ayın əvvəllərində İrəvandan Təl-Əvivə siyasi və strateji sahədə məsələləri müzakirə etmək səlahiyyətinə malik yüksək rütbəli rəsmi şəxs səfər edəcək.


Geri qayıt