Əsas Səhifə > Şou-biznes > “ƏŞİ, SEVDA KİMDİR Kİ...”

“ƏŞİ, SEVDA KİMDİR Kİ...”


2-09-2012, 14:56
“ƏŞİ, SEVDA KİMDİR Kİ...”

MÜĞƏNNİNİN KONSERTİNDƏ APARICI DƏYİŞDİ

Xəbər verdiyimiz kimi 8 sentyabr tarixində məşhur müğənni Sevda Yahyeyava ilə tanınmış türkiyəli dj Erdinin birgə konserti olacaq. Samir Xəttabla Əli Hüseynovun birgə təşkil etdiyi gecəni idarə edən etmək isə məşhur teleaparıcı Ramin İbrahimova həvalə olunmuşdur. Telaparıcı hətta jurnalistlərin qarşısına çıxıb, bu barədə ətraflı məlumat da vermişdir. Lakin bu gün məlum oldu ki, tədbirin aparıcısı dəyişdirilib. Təşkilatçısı Samirin SİA-ya verdiyi məlumata görə, Ramin həmin vaxt Türkiyədə olduğu üçün gecəni aparmaq İctimai Teleziyada çalışan Kamran Quliyevə nəsib olacaq.

Məsələ ilə bağlı Raminin də münasibətini öyrənmək istədik. Portalımıza açıqlama verən teleapacısı bu sözləri dedi: “Sentyabrın 7-si Lider şirkəti məni xarici ölkələrin birinə göndərir. İşimlə bağlı getməliyəm. Ancaq çox məyus oldum ki, tədbiri apara bilmədim. Çünki möhtəşəm bir gecə olacaq. Orada aparıcı qismində iştirak etmək mənə şərəf verirdi. Ancaq neyləyək, belə alındı. Biz də Samirlə birgə məsləhətləşdik. Dedilər öz yerinə aparıcını sən seç. Mənim də seçimim Kamran oldu. Ümid varam ki, konsert çox gözəl keçəçək”.

Ramin açıqlaması zamanı onu da əlavə etdi ki, Sevda Yahyayevanın konsertini aparmağa razılıq verdiyi üçün onu qınayanlar da az deyildi: “Çox adam deyir ki, “Əşi, Sevda kimdir ki”. Əslində, Sevda böyük bir müğənnidir. Onun kimi gənc yaşında Heydər Əliyev adına sarayda konsert vermək hər müğənninin işi deyil. Sevda çox fərqli bir ifaçıdır. Şəxsən mən, öz adımdan deyirəm ki, ən çox dinlədiyim müğənnilər sırasında Sevda da var. Sevda öz statusunu qoruyan ifaçıdır”.

O ki qaldı aparıcının səfərinə: “Bu barədə hələ ətraflı məlumat verə bilmərəm. Allahın köməkli ilə, gedim gəlim. Baş verənləri elə sizlə bölüşəcəm. Ümid varam ki, hər şey planlaşdırdığımız kimi olacaq.

Geri qayıt