Əsas Səhifə > Dünya > İRANDAN TÜRKİYƏYƏ DAHA BİR İTTİHAM

İRANDAN TÜRKİYƏYƏ DAHA BİR İTTİHAM


2-09-2012, 14:42
İRANDAN TÜRKİYƏYƏ DAHA BİR İTTİHAM

İRANLI NAZİR ANKARANI TOZ BULUDLARINDA SUÇLU BİLİR

DİA.AZ: - İranın ekologiya naziri Məhəmməd Cavad Məhəmmədizadə qardaş Türkiyəyə qarşı absurd bir iddiada bulunub. DİA.AZ-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərdən aydın olur ki, İranda son günlər peyda olan toz buludlarının nədənini iranlı nazir Türkiyənin İraqa qarşı addımları ilə əlaqələndirir.

Nazir iddia edir ki, Türkiyədən İraqa axan çayların qarşısının Türkiyə tərəfindən alınması İraqda quraqlıq yaranmasına və bunun da nəticəsində səhralaşmış ərazidən qalxan tozun bulud şəklində İranı əhatə etməsinə nədən olub.

İranlı nazir deyib: «Türkiyənin Dəclə və Fərat çayları üzərində 190 su ambarı tikməsi nəticədə İraqın susuzluqdan əziyyət çəkməsinə, İraq torpaqlarının qumsallaşmasına nədən olub. Bunun da fəsadlarını daha çox toz buludlarının hədəfində olan İran çəkməkdədir».

Geri qayıt