Əsas Səhifə > Ölkə > İLHAM ƏLİYEV AĞDAŞDA

İLHAM ƏLİYEV AĞDAŞDA


30-10-2011, 13:29
İLHAM ƏLİYEV AĞDAŞDA

PREZİDENT YENİ YOLUN LENTİNİ KƏSDİ

DİA.AZ: - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdaş rayonuna səfəri çərçivəsində oktyabrın 30-da Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsinin açılışında iştirak edib.

Prezident yolun texniki-iqtisadi göstəricilərini, təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən stendlərə baxıb.

“Dünya” informasiya agentliyinin xəbərinə görə mərasimdə nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə Ağdaş-Ləki avtomobil yolunun 12 kilometrlik hissəsində görülmüş işlər barədə məlumat verib. Bildirib ki, yol "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq dövlətimizin başçısının 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində inşa olunub. Qeyd edək ki, Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu yolu "Azəryolservis" ASC inşa edib.


Geri qayıt