Əsas Səhifə > Ölkə > İCRA BAŞÇISI AVROPALI DEPUTATLAR QARŞISINDA ÇAŞIB QALDI
İCRA BAŞÇISI AVROPALI DEPUTATLAR QARŞISINDA ÇAŞIB QALDI1-09-2012, 14:21 |
BİABIRÇI HADİSƏ Avropa Parlamentinin Azərbaycanda səfərdə olan üzvləri sentyabrın 1-də Ağdam rayonunda olublar. Onları millət vəkili Qənirə Paşayeva müşayiət edib. Gunxeber.com-un məlumatına görə, onlar Dağlıq Qarabağ münaqişəsi, münaqişənin vurduğu ziyan, məcburi köçkünlərin durumu və hazırkı vəziyyətlə maraqlanıblar. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşən Avropa Parlamentinin deputatları ona bir sıra suallar ünvanlayıb. İcra başçısı onların sualları qarşısında çaşıb qalıb və yanlış cavab verib. Məsələn, deputatlar soruşublar ki, hazırda Azərbaycanın işğal altında olan ərazilərində kimlər yaşayır. İcra başçısı deyib ki, Dağlıq Qarabağ erməniləri. Görüşdə iştirak edən Q.Paşayeva onun səhvini düzəldərək orada erməni hərbiçilərinin yerləşdiyini deyib. Millət vəkili Dağlıq Qarabağ ermənilərinin əsasən Azərbaycan şəhəri olan Xankəndində yaşadıqlarını bildirib. N.Sadıqov deputatların “Bəs siz fikirlərinizi onlara necə çatdırırsınız” sualına isə “Bizim sözümüzü hərbiçilərimiz deyir” deyə cavab verib. Q.Paşayevə yenə vəziyyətə müdaxilə edərək Azərbaycan tərəfinin öz mövqeyini işğal bölgəsindəki Ermənistan ordusuna ATƏT-in səhra köməkçiləri vasitəsilə çatdırdığını deyib. *** Azərbaycana səfər çərçivəsində avqustun 1-də Ağdam rayonunda olan Avropa Parlamentinin üzvləri Dağlıq Qarabağ münaqişəsi və hazırkı vəziyyət, ermənilərin cəbhə xəttində demək olar ki, hər gün atəşkəsi pozması barədə məlumatlandırılıblar. Gunxeber.com-un məlumatına görə, bundan sonra jurnalistlər qarşısında çıxış edən Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala münaqişənin bu qədər uzanmasına və indiki vəziyyətə görə ATƏT-i sərt tənqid edib. Slovakiyalı deputat ATƏT-i və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradaılmış Minsk Qrupunu ölü qurum adlandırıb. O bəyan edib ki, belə bir ölü qurum və onun missiyası münaqişəni həll edə, regionda sülh yarada biməz. Avropa Parlamentinin üzvü bu qurumun münaqişəni sülh yolu ilə həll etmək üçün heç bir imkanının olmadığını deyib. Eyni zamanda bildirib ki, əgər cəbhə bölgəsində atəşkəs pozulursa, bu zaman sülhdən danışmaq olmaz. B.Zala ATƏT-in bu münaqişəni həll etmək gücündə olmadığı və mövcud vəziyyətlə bağlı Avropa Parlamentinə məlumat verəcəyini deyib. Geri qayıt |