Əsas Səhifə > Partiya > BAKIDA «PUSSY RİOT»LA BAĞLI ETİRAZ AKSİYASI

BAKIDA «PUSSY RİOT»LA BAĞLI ETİRAZ AKSİYASI


1-09-2012, 13:38
BAKIDA «PUSSY RİOT»LA BAĞLI ETİRAZ AKSİYASI
SƏFİRLİK ÖNÜNDƏ QARŞIDURMA

Sentyabrın 1-də «Sing for Democracy» kampaniyasının tərəfdarları Rusiyada «Pussy Riot» rok qrupu üzvlərinin həbsinə etiraz olaraq bu ölkənin Bakıdakı səfirliyi qarşısında aksiya keçiriblər.

Onlar əllərində Azərbaycan, ingilis, rus dillərində ««Pussy Riot»a azadlıq!» şüarları və «Pussy Riot» qrupunun üzvlərinin şəkillərini tutublar.

Saat 12-də başlanan aksiyanın qarşısını polis alıb.

Təşkilatçılardan Emin Hüseynov, Rəsul Cəfərov saxlanıb. Onlar Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə aparılıblar.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin məlumatına görə, aksiya başlamazdan öncə 20-yə yaxın polis səfirliyin yaxınlığında hazır vəziyyətdə gözləyiblər.

«Sing for Democracy» kampaniyasını Azərbaycanın 2011-ci il «Eurovision» mahnı yarışmasındakı qələbəsindən 2 ay sonra 30-dan artıq yerli hüquq müdafiə təşkilatı yaradıb.

Təşkilatçıların deməsinə görə, məqsəd beynəlxalq musiqi yarışmasından istifadə edib diqqəti Azərbaycandakı insan haqlarının durumuna yönəltməkdir.

Geri qayıt