Əsas Səhifə > Şou-biznes > ZÜLFİYYƏ XANBABAYEVA TELEAPARICI OLACAQ

ZÜLFİYYƏ XANBABAYEVA TELEAPARICI OLACAQ


1-09-2012, 12:18
ZÜLFİYYƏ XANBABAYEVA TELEAPARICI OLACAQ

MÜĞƏNNİ DÖNÜŞ QƏRARI VERİB

Xalq artistinin yaradıcılığında dönüş edəcəyi haqqında məlumatlar yayılır.

Milli.Az-a daxil olan məlumata görə, Azərbaycanın xalq artisti, tanınmış estrada ulduzu Zülfiyyə Xanbabayeva yeni televiziya mövsümündə yerli telekanallardan birində aparıcı kimi tamaşaçıların görüşünə gələcək.

24 illik səhnə fəaliyyəti dövründə ilk dəfə aparıcı ampluasında görünəcək müğənninin hansı səpkidə verilişin siması olacağı haqqında tam məlumat verilmir.

Əməkdaşımız Xanbabayevanın prodüseri Nigar Hacızadə ilə telefon əlaqəsi yaradıb. Vacib tədbirdə olduqlarını söyləyən prodüser məsələ ilə bağlı sualımıza konkret münasibət bildirmədi.

Geri qayıt