Əsas Səhifə > Dünya > İRAN BİR NEÇƏ AYA ATOM BOMBASI ƏLDƏ EDƏCƏK

İRAN BİR NEÇƏ AYA ATOM BOMBASI ƏLDƏ EDƏCƏK


1-09-2012, 12:08
İRAN BİR NEÇƏ AYA ATOM BOMBASI ƏLDƏ EDƏCƏK

TEL-ƏVİV HƏYƏCAN TƏBİLİ ÇALIR

DİA.AZ: - İsrail baş nazirin müavini, Strateji Məsələlər Naziri Moşe Yaalon bu ölkənin dövlət radiosuna verdiyi açıqlamasında bildirib ki, İran bir neçə ayın içində nüvə silahına sahib olacaq.

Əcnəbi istinadən bu barədə xəbər verən DİA.AZ-ın məlumatında deyilir ki, Yaalon Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatından əndişə keçirdiklərini də söyləyib: «Tehran bu gün əlində 190 kiloqram zənginləşdirilmiş urana malikdir. Amma nüvə silahına 240 kiloqram lazımdır».

İrana yerdə qalan zənginləşdirilmiş uran proporsiyası üçün bir neçə ayın lazım olduğunu bildirən israilli nazir dövlətini və dünya birliyini hərəkətə keçməyə də səsləyib.

Geri qayıt