Əsas Səhifə > Cəmiyyət > ATASI RAMİL SƏFƏROVLA HƏLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR

ATASI RAMİL SƏFƏROVLA HƏLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR


31-08-2012, 14:45
ATASI RAMİL SƏFƏROVLA HƏLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR

ONUN BAKIDA OLDUĞU SÖYLƏNİLİR

Macarıstanın Budapeşt şəhərindəki həbsxanada ömürlük cəza çəkən azərbaycanlı zabit Ramil Səfərovun bu gün Bakıya gətirildiyi barədə məlumat yayılıb.

Bu barədə "Yeni Müsavat"a iş adamı İlham Rəhimov məlumat verib.

Modern.az məsələ ilə bağlı Ramilin atası sahib Səfərovla əlaqə saxlayıb.

“Ramilin Azərbaycana gətirilməsindən xəbərsizəm”. Bu sözləri Modern.az saytına açıqlamasında Ramil Səfərovun atası Sahib Səfərov deyib. O bu haqda heç bir məlumatının olmadığını qeyd edib.

Qeyri-rəsmi mənbələr də Modern.az-a Ramilin artıq Bakıda olduğu xəbərini veriblər. Hətta onun yeni fotoşəklini də saytımıza göndəriblər.

Ramil Sahib oğlu Səfərov 26 avqust 1977-ci ildə Azərbaycanın Cəbrayıl rayonunda anadan olub. Hələ körpə olanda erməni vəhşiliklərini öz gözləri ilə görən Ramildə onlara qarşı əbədi nifrəti yaranıb. Düşmənə sonsuz nifrəti, Vətənə dərin məhəbbəti Ramili hərbi məkrəbdə təhsil almağa istiqamətləndirib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub, sonra isə təhsilini Türkiyədə davam etdirib.
Ramil Səfərov 2004-cü il yanvarın əvvəlində Macarıstanın paytaxtı Budapeştə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kursa göndərilmişdi. O, həmin il fevralın 19-da eyni kursda təlim keçən erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürdüyündən ömürlük həbs cəzası alıb.
Ramil həbsxanada macar dilini öyrənib, macar dilindən Azərbaycan dilinə iki əsər tərcümə edib.

Geri qayıt